"Barselona"nın hücumçusu Luis Suares yeni komandası haqda danışıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, uruqvaylı futbolçu Kataloniya klubuna keçməklə uşaqlıq xəyalının gerçəkləşdiyini bildirib:
"Barselona"da sərgiləyəcəyim oyunumdan zövq almağımı səbirsizliklə gözləyirəm. Çoxdan bu komandada oynamağı arzulamışam. Uzun illər sonra istəyimə nail oldum. Məncə, hər bir futbolçu "Barselona"da oynamaq istəyər. Komanda ilə məşqlərə çıxıram. Ancaq cəza səbəbindən bir neçə ay "Barselona"da oynaya bilməcəyəm. Hələ ki, məşqlərimi davam etdirirəm. Uşaqlıq arzumun həyata keçməsinə köməklik etdikləri üçün rəhbərliyə təşəkkür edirəm".
Qeyd edək ki, Suares dünən Meksikanın "Leon" klubu ilə keçirilən yoxlama matçında (6:0) "Barselona"nın heyətində ilk matçına çıxıb. Lakin təcrübəli futbolçu daha 3 ay rəsmi oyunlarda komandasına kömək edə bilməyəcək. Çünki Suares "DÇ-2014"ün qrup mərhələsində İtaliya ilə matçda rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılıb və onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulub.
Mönye bu kluba keçdi
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da
İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?
"Brügge" Sommeri transfer etdi
Bayıl stadionundakı yenidənqurmadan - Şəkillər