"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola maraqlı fikirləri ilə diqqət çəkib.
Qol.Az-ın məlumatına görə, "Bild" qəzetinə danışan ispaniyalı mütəxəssis yeni transferlərin olmamasının komandasına problem yaratmayacağını bildirib:
"Təbii ki, yeni transferlər etsək, əla olar. Ancaq transferlərin baş tutmaması komandaya problem yaratmayacaq. Komandamız hazır vəziyyətdədir. Bu heyətlə də istəyimizə nail ola bilərik".
Qeyd edək ki, "Bavariya"nın "Roma"dan Mehdi Benatianı transfer etmək istədiyi bildirilir.
Tite istefaya göndərildi
Musa “100”ə çatdı
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video