Azərbaycan Premyer Liqasının II turunda “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edən “Qəbələ” uğursuz seriyaya son qoyub.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, son 4 oyunda qələbə qazana bilməyən “qırmızı-qaralar” mayın 17-də “Sumqayıt”la görüşdən sonra ilk dəfə qalib gəlib. Komanda 3:1 hesablı qələbədən 92 gün sonra 3 xal əldə edib. Son 3 oyunda qol vurmadan uduzan “Qəbələ” 339 dəqiqəlik qolsuzluğa son qoyub. Mayın 22-də keçirilən Azərbaycan kubokunun finalından sonra (1:1) komanda 87 gün idi fərqlənmirdi. Bu qol və qələbə baş məşqçi Dorinel Muntyanunun rəhbərliyi altında ilklər olub.
Mövsümün ilk qələbəsi həm də yubiley xarakteri daşıyıb. “Qəbələ” tarixində 80-ci ev qələbəsini qazanıb. Bu da 157-ci görüşdə qeydə alınıb. Komanda Premyer Liqada 56, Azərbaycan kubokunda 11, I dəstədə 13 dəfə öz meydanında qalib gəlməyi bacarıb.
Daha bir ilkə Cavid Hüseynov imza atıb. Yarımmüdafiəçi “Qəbələ”də ilk qolunu vurub. O, qırmızı-qara formada qol vuran 87-ci oyunçudur. Hüseynov Premyer Liqada bunu bacaran klubun 66-cı futbolçu kimi tarixə düşüb. Hüseynov klub tarixində 45-ci penalti zərbəsini yerinə yetirib. Bunlardan 33-ü qolla nəticələnib.
Markinyos isə karyerasında ilk dəfə “Qəbələ” formasında rəsmi matça çıxıb. Bu oyunadək 177 futbolçu “qırmızı-qaralar”ın formasını geymişdisə, braziliyalı bu siyahıda 178-ci oldu. O, milliləşənlər də daxil olmaqla 84-cü legionerdir. Bu əcnəbilər 31 ölkəni təmsil edir. Markinyos klub tarixində 11-ci braziliyalı olub: Braziliya – 11, Gürcüstan - 9, Rusiya - 7, Serbiya, Ukrayna, Rumıniya – hərəsi 6, Moldova, Hollandiya, Seneqal, Nigeriya – hərəyə 3, Bolqarıstan, Qvineya, Türkiyə, Sloveniya, Polşa, Portuqaliya – hərəsi 2, Argentina, Bosniya və Herseqovina, İngiltərə, İran, Konqo, Latviya, Fil Dişi Sahili, Syerra Leone, Türkmənistan, Yamayka, Şotlandiya, Fransa, İsveçrə, Tacikistan, Slovakiya – hərəsi 1.
Ürfan Abbasov da bu matçda yubiley qeyd edib. “Qəbələ”də 70-ci rəsmi matçına çıxan müdafiəçi buna nail olan 10-cu futbolçu kimi tarixə düşüb.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında