"Beşiktaş" klubunun yeni transferi Demba Ba Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Arsenal"la oyunöncəsi maraqlı fikirlər səsləndirib.
Qol.Az-ın məlumatına görə, "Daily Mail"ə danışan təcrübəli futbolçu daha öncə sabiq baş məşqçisi Joze Mourinyonun onu "Arsenal"a transfer olunmasına icazə vermədiyini bildirib:
"Mourinyo çempionluq yolunda ən böyük rəqiblərindən biri olan "Arsenal"a qollar vura biləcək futbolçu satmaq istəmədi. Bunu mənə özü də etiraf etdi. Nəticədə "Arsenal"a transferim baş tutmadı. İndi isə "Arsenal"a qarşı oynayacam. Ancaq bu komandaya transfer olmadığım üçün heç də peşman deyiləm".
"Arsenal"ı cütün favoriti adlandıran seneqallı futbolçu qrup mərhələsinə düşmək şanslarının böyük olduğunu vurğulayıb: "Təbii ki, "Arsenal" cütün əsas favoritidir. Ancaq biz qrup mərhələsində oynamaq və Çempionlar Liqasında yolumuza davam etmək istəyirik. Gənc və sürətli öyrənən bir komandayıq. Qrup mərhələsinə düşmək şansımız böyükdür".
Qeyd edək ki, "Beşiktaş" - "Arsenal" oyunu sabah, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında