Tomas Müllerdən 100-cü qol

Tomas Müllerdən 100-cü qol
XƏBƏR 18 Avqust 2014 / 00:14 2196
-  A +

Almaniya kubokunun 1/32 finalı çərçivəsində "Preussen Munster" klubu ilə oyun "Bavariya"nın yarımmüdafiəçisi Tomas Müller üçün əlamətdar olub.

Qol.Az-ın məlumatına görə, matçın 29-cu dəqiqəsində fərqlənən almaniyalı futbolçu Münhen klubunda vurduğu qolların sayını 100-ə çatdırıb.

Qeyd edək ki, rəqibini 4:1 hesabı ilə məğlub edən "Bavariya" kubokun 1/16 finalına yüksəlib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner