Martino "Barselona"dan getməsinin səbəbini açıqladı

Martino "Barselona"dan getməsinin səbəbini açıqladı
XƏBƏR 15 Avqust 2014 / 18:53 3772
-  A +

"Barselona" klubunun baş məşqçisi Xerardo Martino sabiq komandası "Barselona"dan ayrılmasının səbəbini açıqlayıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, argentinalı mütəxəssis komandanın uğursuzluğunda özünün günahkar olduğunu düşündüyü üçün "Barselona"dan getdiyini deyib.

"Barselona"dan ayrıldım, çünki həmin vaxt komandanın uğursuzluğunda yeganə günahkar mən idim" - deyə Martino bildirib.

Qeyd edək ki, 2013/2014 mövsümündə "Barselona"nı çalışdıran Martino  bir neçə gün öncə Argentina yığma komandasının baş məşqçisi təyin olunub.

Daha çox


Son xəbərlər
topaz banner