Robben: "Yeni mövsümə hazır deyiləm"

Robben: "Yeni mövsümə hazır deyiləm"
XƏBƏR 15 Avqust 2014 / 14:19 2269
-  A +

"Bavariya"nın futbolçusu Aryen Robben "Borussiya" (Dortmund) klubu ilə superkubok matçında oynamamasının səbəbini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan hollandiyalı futbolçu yeni mövsümə tam hazır olmadığını bildirib:

"Yeni mövsümə tam hazır deyiləm. Daha çox çalışmalı və əvvəlki formamı bərpa etməliyəm. Əlbəttə ki, yeni mövsümdə də yüksək səviyyəli oyun nümayiş etdirmək istəyirəm. Bunun üçün bir qədər zamana ehtiyacım olacaq".


Qarabağ FK
Son xəbərlər
27.11.26  19:14

Mourinyo Flikə qarşı

topaz banner