Millimiz Çexiyaya böyük hesabla qalib gəldi

Millimiz Çexiyaya böyük hesabla qalib gəldi
XƏBƏR 14 Avqust 2014 / 17:09 2163
-  A +

İspaniyanın Torredembarra şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa superfinalında Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Çexiya yığması ilə qarşılaşan millimiz 6:2 hesabı ilə qələbə qazanıb.
Asif Zeynalovun dubl etdiyi oyunda hərəyə bir dəfə Hikmət Bağırov, Amid Nəzərov, Orxan Məmmədov və Sabir Allahquliyev fərqlənib.

Millimiz turnirdə növbəti oyununu avqustun 15-də, saat 14:30-da Polşa yığmasına qarşı keçirəcək.

Daha çox


Son xəbərlər
topaz banner