Ançelotti: "Üstün tərəf biz idik"

Ançelotti: "Üstün tərəf biz idik"
XƏBƏR 13 Avqust 2014 / 12:10 2085
-  A +

"Bu oyuna hazırlaşmaq üçün çox vaxtımız olmadı, amma futbolçularım yaxşı oyun nümayiş etdirdi. Qarşılaşma ərzində üstün tərəf biz idik. Əks hücumlarda da yaxşı təsir bağışladıq".

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın baş məşqçisi Karlo Ançelotti UEFA superkubokunda "Sevilya"ya qalib gəldikləri matçdan sonra deyib. 

İtaliyalı mütəxəssis komandasının uğurlu seriyanı davam etdirməyə çalışacağını bildirib: "Möhtəşəm heyətimiz var. Güclü oyunçularla çalışdığım üçün şanslıyam. Bütün turnirlərdə birincilik uğrunda mübarizə apara biləcək gücdəyik".

Son xəbərlər
topaz banner