"Mançester Yunayted"in kapitanı bəlli oldu

"Mançester Yunayted"in kapitanı bəlli oldu
XƏBƏR 13 Avqust 2014 / 10:07 2708
-  A +

"Mançester Yunayted" klubunun yeni mövsüm üçün kapitanları müəyyənləşib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Lui van Qal deyib ki, 2014/2015 mövsümündə kapitanlıq sarğısını Ueyn Runi daşıyacaq:

"Mənim üçün kapitan seçimi hər zaman önəmlidir. Runinin çox yaxşı kapitan olacağına inanıram. Darren Fletçer isə ikinci kapitan seçilib. O da təcrübəli futbolçudur. Runi ve Fletçerin uyğun şəkildə çalışacağını düşünürəm".

Son xəbərlər
topaz banner