"Zenit" "Mançester Siti" ilə razılığa gəldi

"Zenit" "Mançester Siti" ilə razılığa gəldi
XƏBƏR 12 Avqust 2014 / 00:30 3767
-  A +

"Mançester Siti" klubunun yarımmüdafiəçisi Xavi Qarsiya karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.

Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu "Zenit"in maraq dairəsinə düşüb.

Artıq hər iki komanda arasında razılıq əldə olunduğu iddia edilir. Bu transferin Peterburq təmsilçisinə 10-15 milyon avroya başa gələcəyi bildirilir.

Qeyd edək ki, Qarsiya ötən mövsüm "Mançster Siti"nin heyətində keçirdiyi 43 oyunda 9 qola imza atıb.


Son xəbərlər
topaz banner