“Xəzər Lənkəran” klubunun baş məşqçisi Azərbaycan millisinin oyununu tənqid atəşinə tutub. Almaniyaya qarşı dünən keçirilən oyunla bağlı Qol.Az-a açıqlama verən təcrübəli mütəxəssis əvvəlcə qeyd edib ki, almanlarla oyunu iki hissəyə bölmək olar: “Samir Abbasov “qırmızı vərəqə” alana qədər oyun normal keçirdi. İkinci hissədə almanlar əvəzləmələr sayəsində oyunlarını gücləndirdilər, nəticədə daha çox qol vurdular. Hesab edirəm ki, Rəşad Sadıqovla Rail Məlikovun oynanaması nəticənin böyük alınmasına təsir etdi”.
A.Mircavadov məğlubiyyətin əsas günahkarı kimi mərkəz müafiəçilərini gördüyünü söyləyib: “Bir-biriylə anlaşma çox aşağı səviyyədəydi. Dayaq yarımmüdafiəçisi çox zəif oynayırdı. Bir də mən başa düşə bilmirəm ki. Foqts nəyə görə dayaq yarımmüdafiəsisi mövqeyində əsas ampluası müdafiəçi olan futbolçunu oynadır”.
A.Mircavadov bizdən başqa hamının futbol oynadığını və nəticə qazandığını söyləyib. O, Farer adaları komandasının dünənki qələbəsini və Lixtenşteynin heç-heçəsini yada salıb: “Finlərin Lixtenşteyndə xal itirməsi göstərdi ki, bu komanda elə də güclü deyil”.
A.Mircavadovun fikrincə, Berti Foqts millidə bəzi futbolçuları öz mövqeyində oynatmır: “Klubunda sağ cinahda çıxış edən futbolçu millidə sol cinahda oynayır”.
O, komandamızın Lixtenşteynlə qarşıdakı oyunu ilə bağlı fikirlərini də bölüşüb: “Deyirlər ki, gedib Lixtenşteyni orada udacağıq. Amma qorxuram, bu gedişlə o da baş tutmaya. Gələcəyin komandasını qurduqları fikirlər səsləndirirlər. Millidə elə futbolçu var ki, 3-4 ildir orda oynayır. Onlara artıq gənc demək olmaz. Soruşmurlar da ki, niyə onların oyununda artım yoxdur. Elə deyirlər ki, vaxt lazımdır”.
Tite istefaya göndərildi
Musa “100”ə çatdı
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video
"Barselona" "Sevilya"nı darmadağın etdi
Yamal niyə ehtiyatda qaldı?
Kazemiro başladı, Şeşko bitirdi
2-ci liqa matçının yeri dəyişdirildi
"Tottenhem" çempionatın "lideri" oldu
Mbappe yenidən yaşıl meydanlarda
Qərb derbisində vurulan qollar - Video
Emreli 8 ay sonra qol vurdu
Ştegen "Barselona"da səsvermə hüququnu itirdi
Finalissima-2026 keçirilməyəcək! - UEFA açıqladı
"Son üç oyunda ciddi ağrılarım var idi" - Rəhman Hacıyev
"Vacib iki xal itirdik" - Kurban Berdiyev
Avropa klublarının hədəfinə düşdü
“Qəbələ” - “Neftçi”: Heyətlər
Rəhman Samokun uğurlu seriyasını qırdı
Mahir Emreli ehtiyatda
Azərbaycan millisi FIBA Çempionlar kubokunda 2-ci oldu
İqor Tudor bu gün istefaya göndərilə bilər
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
"Liverpul" Alissonla müqaviləni uzatdı