Yığmamız Albaniyanı məğlub etdi

Yığmamız Albaniyanı məğlub etdi
XƏBƏR 9 Avqust 2014 / 13:42 2535
-  A +

Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması üçüncü yoldaşlıq oyununu keçirib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qələbə qazanıb.

Komandamızın qollarını Mirkamil Haşımlı və Emin Zamanov vurub.

Xatırladaq ki, toplanış çərçivəsindəki əvvəlki yoldaşlıq oyunlarında futbolçularımız xorvatiyalı həmyaşıdlarını və "Rapid" (Vyana) klubunun U-19 komandasını 1:0 hesabı ilə məğlub etmişdi.

Son xəbərlər
topaz banner