"Qarabağ" və "Neftçi"nin Avropa Liqasının "pley-off" mərhələsində qarşılaşacaqları hər iki rəqib komandalarımız üçün tanışdır. Hər iki rəqib güclüdür. Xüsusən "Qarabağ"ın rəqibi. Püşk bu dəfə də Ağdam təmsilçisi üçün səbətdəki ən güclü komandanı - Hollandiya "Tvente"sini çıxarıb.
Qol.Az-ın məlumatına görə, daha öncə həm "Qarabağ" Hollandiyanın "Tvente", həm də "Neftçi" Serbiyanın "Partizan" klubu ilə üz-üzə gəlib.
Ağdam təmsilçisi 2009/2010 mövsümündə Avroliqanın pley-off mərhələsində Hollandiya klubu ilə qarşılaşmışdı. Səfərdə rəqibinə 1:3 hesabı ilə uduzan "Qarabağ" Bakıda Enshede təmsilçisi ilə 0:0 bərabərə qalmışdı.
"Neftçi" isə 2012/2013 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Partizan"la eyni qrupda mübarizə aparmışdı. Bu komandalar arasında Serbiyada baş tutan ilk görüşdə qapılara qol vurulmamışdı - 0:0. Bakıdakı cavab qarşılaşmasında da qalib müəyyənləşməmişdi. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk etmişdi.
Hər iki təmsilçimiz bu mövsüm yenidən tanış rəqiblərlə üz-üzə gələcək. Komandalarımızın bu duellərdə hansı nəticəni qazanacaqları maraq doğurur.
Qeyd edək ki, Avropa Liqasının "pley-off" mərhələsinin ilk oyunları avqustun 21-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək. Həm "Qarabağ", həm də "Neftçi" həlledici mərhələdə ilk oyununu evdə keçirəcək.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı