Maradona Argentina millisini çalışdırmaq istəyir

Maradona Argentina millisini çalışdırmaq istəyir
XƏBƏR 8 Avqust 2014 / 10:30 2094
-  A +

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona Argentina millisini çalışdırmaq istəyir.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o deyib ki, uzun illər futbolçu olaraq şərəfini qoruduğu Argentina millisində işləməyə layiqdir:

"Hazırda komandanın baş məşqçisi yoxdur. Argentina üçün uzun illər oynamışam. Əgər Braziliya Dunqanı məşqçi vəzifəsinə gətirirsə, niyə Argentina da məni geri istəməsin? Yenidən Argentina millisində işləmək üçün kimsənin önündə diz çökməyəcəm".

Qeyd edək ki, Maradona 2008-2010-cu illərdə Argentina millisində baş məşqçilik edib.


Son xəbərlər
topaz banner