Argentina millisində məşqçi postuna yeganə namizəd kimdir?

Argentina millisində məşqçi postuna yeganə namizəd kimdir?
XƏBƏR 6 Avqust 2014 / 19:42 2863
-  A +

"Barselona"nın sabiq baş məşqçisi Xerardo Martino Argentina millisini çalışdıra bilər.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Alexandro Sabelyanın istefasında sonra boş qalmış məşqçi postuna yeganə namizəddir.

Argentina Futbol Federasiyasının yeni prezidenti Luis Segura bildirib ki, X.Martinonun millidə işləməsini çox istəyir:

"Danışıqlar aparmaq istədiyimiz yeganə baş məşqçi Xerardo Martinodur. Onunla ötən həftə bu barədə danışmağı planlaşdırırdım, ancaq alınmadı. Sabah onunla bu məsələni müzakirə edəcəyik".


Qarabağ FK
Son xəbərlər
27.11.26  19:14

Mourinyo Flikə qarşı

topaz banner