İbrahimoviç "Yuventus"a qayıtmaq istəyir

İbrahimoviç "Yuventus"a qayıtmaq istəyir
XƏBƏR 6 Avqust 2014 / 16:33 3025
-  A +

PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç yenidən İtaliya A Seriyasında oynamaq istəyir.

Qol.Az-ın xəbərinə görə, bu barədə isveçli forvardın "Malmö"dəki keçmiş baş məşqçisi Stefan Hanson məlumat verib.

Təcrübəli mütəxəssis İtaliya mətbuatına açıqlamasında bildirib ki, futbolçu ilə söhbət zaman İbrahimoviç ona yenidən "Yuventus"a qayıtmaq istədiyini deyib: "İbrahimoviçlə yaxşı münasibətimiz var. Tez-tez onunla söhbətimiz olur. Son söhbət zamanı o, mənə yenidən "Yuventus"a qayıtmaq istədiyini bildirdi. İbrahimoviç Turin klubunda oynamaq istəyir və pulun onun üçün əhəmiyyət kəsb etmədiyini deyir".

Qeyd edək ki, İbrahimoviç 2004-2006-cı illərdə "Yuventus"un şərəfini qoruyub və keçirdiyi 70 oyunda 23 qola imza atıb. 


Son xəbərlər
topaz banner