"Mançester Yunayted"də dördüncü qapıçı

"Mançester Yunayted"də dördüncü qapıçı
XƏBƏR 6 Avqust 2014 / 10:13 3182
-  A +

"Mançester Yunayted" klubu 17 yaşlı qapıçı Vanya Milinkoviçi transfer edib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, serbiyalı qolkiperlə müqavilə imzalanıb.

Ancaq o, yeni mövsümdə "Voyvodina"da icarə əsasında oynayacaq.

Qeyd edək ki, gələcək vəd edən V.Milinkoviç David de Xea, Anders Lindeqaard və Ben Amosdan sonra "MY"nın dördüncü qapıçısı olub.


Son xəbərlər
topaz banner