“Qarabağ” “Zalsburq”la ilk oyunda öz sözünü dedi”

“Qarabağ” “Zalsburq”la ilk oyunda  öz sözünü dedi”
ÖLKƏ FUTBOLU 5 Avqust 2014 / 17:30 4942
-  A +

Milli komandamızın məşqçisi Mahmud Qurbanov “Qarabağ” və “Neftçi”nin avrokuboklardakı çıxışını dəyərləndirib.

Qol.Az saytına açıqlamasında veteran futbolçu əvvəlcə Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” haqda danışıb. O, ÇL-ın III təsnifat mərhələsinin ilk oyununda “Zalsburq”a qalib gələn (2:1) Ağdam təmsilçisinin növbəti mərhələyə yüksəlmək şansının az olmadğını bildirib:

“Qarabağ” Bakıda gözəl oyun nümayiş etdirdi. Hamımızı sevindirdi. Əfsuslar olsun ki, Reynaldo qırmızı vərəqə aldı. Hesab edirəm ki, onun yoxluğu  “Qarabağ”  üçün böyük itkidir. Düzdür, onu əvəzləyən futbolçu olacaq. Ancaq hər halda Reynaldonun yeri görünəcək. Komandamız üçün “Zaslburq”la cavab matçı çox çətin olacaq. Ancaq nəticədən asılı olmayaraq “Qarabağ” artıq öz sözünü dedi. Yəni “Zalsburq”u məğlub etmək göstərdilər ki, hər bir güclü komandaya qalib gələ bilərlər. Hər halda “Qarabağ”ın mərhələ adlamaq şansı var. Ümidlərimizi üzməyək, komandamıza inanaraq, onlara uğurlar arzu edək. Ən azı heç-heçə etmək olar.  Hər halda komandamız cavab matçında ancaq müdafiədə oturmayacaq. “Qarabağ” bir qol vura bilsə, mərhələ adlamaq şansını böyük ölçüdə həll etmiş olacaq”.

M.Qurbanov “Neftçi”nin Avroliqanın III təsnifat mərhələsinin”Çixura” ilə ilk oyunu (0:0) haqda və komandamızın mərhələ adlamaq şanslarından da danışıb: “Özünüz də gördünüz ki, “Çixura” Bakıda qapalı futbol oynadı. Oturdular müdafiədə, topu hara gəldi vurdular. “Neftçi”nin iki yüzfaizli qol epizodu olsa da, bundan yararlana bilmədi. Buna baxmayaraq komandamızın şansı var. Düşünürəm ki, “Çixura” cavab matçında o dərəcədə qapalı futbol oynamayacaq. Hər halda azarkeşləri qarşısında hücum etmək istəyəcəklər. “Neftçi” isə bundan istifadə edib, qolunu vura bilər. Komandamızın əsas üstünlüyü onda olacaq ki, rəqib meydançasında qol vursun. İnanıram ki, “Neftçi” qol vuracaq və mərhələni keçəcək. Komandamızın “Koper”lə cavab matçını göz önünə gətirəndə “Neftçi”yə inamımız artır. Futbolçularımız həmin oyunu göstərsə, asanlıqla “Çixura”nı keçəcəklər”.    

Daha çox


Son xəbərlər
16.12.25  11:14

18 ildən sonra

16.12.25  11:04

Jardim istefa verdi