"Real" və "Barselona" məni cəlb etmədi"

"Real" və "Barselona" məni cəlb etmədi"
XƏBƏR 5 Avqust 2014 / 03:26 4324
-  A +

"Mançester Yunayted" klubunun sabiq kapitanı Rio Ferdinand maraqlı fikirlər səsləndirib.

Qol.Az-ın məlumatına görə, "The Express"ə danışan ingilis futbolçu bir zamanlar "Real" (Madrid) və "Barselona" kimi klubların onu istədiyini bildirib:

"Bir vaxtlar "Roma", "Real" və "Barselona" kimi klublar məni istədi. Ancaq həmin dönəmlərdə "Mançester Yunayted"lə qazanmadığım titul qalmamışdı. Həm də o komandalar məni cəlb etmədi. Uğurdan-uğura gedən komandadan futbolçu transfer etmək çox çətindir. Bu səbəbdən "Mançester Yunayted"dən ayrılmadım".

Qeyd edək ki, ötən mövsümün sonunda "Mançester Yunayted"lə müqaviləsi başa çatan Ferdinand "Kvins Park Reyncers"ə transfer olunub.


Son xəbərlər
topaz banner