Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Barselona" klubu növbəti hədəfini açıqlayıb.
Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi "Bavariya"nın müdafiəçisi Jerom Boatenqə "elçi" düşüb.
"Valensiya"dan 20 milyon avro qarşılığında Jeremi Matyeni transfer edən "Barselona" Boatenqlə müdafiə xəttini daha da gücləndirmək istəyir. Lakin Almaniya millisinin heyətində "DÇ-2014"ün qalibi olan qana əsilli futbolçunun təzminat qiymətinin 39 milyon avroya yüksəldilməsi "Barsa"nın işini çətinləşdirib.
Qeyd edək ki, 2011-ci ildə "Mançester Siti"dən "Bavariya"ya transfer olunan 25 yaşlı futbolçu keçirdiyi 131 oyunda 3 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir