Blatter və Platinidən başsağlığı

Blatter və Platinidən başsağlığı
XƏBƏR 4 Avqust 2014 / 11:48 3298
-  A +

Futbol veteranı, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədovun vəfatı ilə bağlı AFFA-ya beynəlxalq futbol qurumları tərəfindən başsağlığı məktubları daxil olmaqdadır.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, FİFA-nın prezidenti Yozef Blatterin və UEFA-nın prezidenti Mişel Platininin adından, həmçinin Türkiyə Futbol Federasiyası, Rusiya Futbol İttifaqı, Rusiya Premyer Liqası, Almaniya Futbol İttifaqı, Qazaxıstan Futbol Federasiyası və Gürcüstan Futbol Federasiyası tərəfindən AFFA-ya başsağlığı verilib.

Son xəbərlər