“Qəbələ” klubunun baş məşqçisi Dorinel Muntyanu müsahibə verib. Müsahibəni təqdim edirik
- Komandanız təlim-məşq toplanışını başa vuraraq, vətənə döndü. “Qəbələ”ni çempionata nə dərəcədə hazır saymaq olar?
- Hazırlıq prosesi barədə nə deyə bilərəm? Hazırlığın gedişində səylə çalışmaq lazımdı. Biz də təlim-məşq toplanışı zamanı oyun keyfiyyətlərinin yaxşılaşdırılması üçün xeyli çalışdıq. Heyətimizi gücləndirdik. Çox şadam ki, lazım olan bütün mövqelərə yeni oyunçular cəlb edə bildik. Artıq istədiyimiz heyəti formalaşdırmışıq. Bir həftədən sonra çempionat başlayır. İlk turda çox yaxşı komandayla qarşılaşacağıq. Oyun günü kimin çempionata daha yaxşı hazırlaşdığını görəcəyik.
- Transfer pəncərəsi avqustun 31-də bağlanacaq. Həmin vaxta qədər komandanın yeni futbolçu ilə güclənməsi mümkündür?
- Xeyr. Bundan sonra transfer olmayacaq. Heyətimizi çox yaxşı şəkildə komplektləşdirmişik. Heyətə cəlb olunan futbolçulardan razıyıq. Odur ki, yeni transfer etməyi planlaşdırmırıq.
- Elnur Allahverdiyevi yoxlama oyunlarında meydana buraxmadınız. Bu, nədən irəli gəlir?
- O, bizim futbolçudur. Digərləri kimi Elnur da “Qəbələ”nin bir üzvüdür. Hər bir oyunçu kimi o da əsas heyətə layiq olduğunu məşqlərdə göstərməlidir. Heç kim üçün əsas heyətdə yer sifariş olunmayıb. Digərləri kimi o da əsas heyətə layiq olduğunu sübuta yetirməlidir. Elnurun heyətdə kənarda qalması rəqabətdə uduzmasından irəli gəlir. Keçmişdə kimin nə etməsi əhəmiyyət daşımır.
- Dodonun da əsas heyətdən uzaqlaşdırılaraq, əvəzedici komandaya göndərildiyi məlumdur. İstərdik bu məsələyə tam aydınlıq gətirəsiniz.
- Dodonun məsələsi artıq qapanıb. O, əsas komandanın üzvü deyil. Bu dəqiqə biz ayrı-ayrı oyunçular barədə deyil, komandanın nəticələri barədə düşünürük.
- Transfer pəncərəsinin sonuna hələ bir müddət qalıb. Dodoyla bağlı hansısa təklif alsanız, onunla vidalaşmağa hazırsınız?
- O, indi ikinci komandayla birgə məşq edir. Mən əvəzedici heyətin baş məşqçisi ilə danışacağam. Maraqlanacağam görüm o, özünü məşqlərdə necə aparır. İlk növbədə Dodo hansı səhvə yol verdiyini anlamalıdır, dərk etməlidir. Yenə deyirəm, hazırda Dodo bizim gündəmimizdə deyil.
- Bu gün ilk turda qarşılaşacağınız “İnter”in oyununu izlədiniz. Rəqib haqda nə deyə bilərsiniz?
- “İnter” son mövsümün gümüş mükafatçısıdır. Azərbaycan səviyyəsində çox yaxşı komandadır. Bilirəm ki, bu komanda daim liderlər qrupunda qərarlaşıb. Daim iddialı olduqlarını sübuta yetirinlər. Onlar kimi bizim də öz məqsədlərimiz var. Hər kəs uğur qazanmaq istəyir.
- “İnter”ə qarşı keçirəcəyiniz oyun süni ot örtüyü olan meydançada baş tutacaq. Halbuki komandanız daim təbii qazonda oynamağa öyrəşib. Bu məqam sizə problem yaratmayacaq ki?
- Yox, düşünmürəm ki hansısa problem olsun. Biz burada cəmi 1 oyun keçirəcəyik. UEFA standartlarına cavab verən stadiondur. Heç bir problem görmürəm.
Mənbə: Futbolxeber.az
Qadın futbolunda ilin ən yaxşı qol müəllifi bəlli oldu
"Mançester Siti"nin hücumçusu mövsümü başa vurdu
İlin rəmzi komandasında hansı futbolçular var?
Dünyada ilin ən yaxşı qadın futbolçusu o oldu
İlin ən yaxşı məşqçisi açıqlandı
Dünyada ilin ən yaxşı futbolçusu rəsmən elan edildi
İlin ən baxımlı qol müəllifi bəlli oldu
PSJ Mbappenin təzminatı barədə açıqlama verdi
"Mançester Yunayted" Fernandeşlə bağlı qərarını verdi
Çempionluq paradında insanları əzən şəxsə ağır cəza verildi
İngiltərə klubunun baş məşqçisi klubla yollarını ayırır
Maaşlar ödənilmədi, futbolçular klubu tərk etdi
"Qarabağ"ın qış hazırlıq planı bəlli oldu
FİFA-nın seçimində dünyada ilin ən yaxşı qapıçısı oldu
Məhkəmə qərar verdi: PSJ Mbappeyə təzminat ödəyəcək
"Xankəndi" 6 qolla qalib gəldi
“Baku Sportinq”in futbolçusuna 3 oyunluq cəza
"Neftçi"nin legioneri milliyə çağırıldı
"Qəbələ"nin futbolçusu cəzalandırıldı
AFFA bu klubları cərimələdi
Volkanı Metin əvəzlədi
"Dörd aydır maaş almırıq, ayıb deyil?"
Brendan Rocersin yeni klubu açıqlandı
"Mançester Siti" onu nişan alıb
Mareska gedir, Xavi gəlir
Rüstəm Əhmədzadənin yubiley oyunu
"Azərbaycanda məşqdən sonra qutab yeməyə gedirik"
Azərbaycan Premyer Liqasında 10-cu ukraynalı baş məşqçi
18 ildən sonra
Jardim istefa verdi
“Qarabağ”a qalib gələn klubun 5 ulduzlu yeni bazası - Video
Belçika millisinin üzvü "Milan"la müqaviləni uzatdı - Rəsmi
Babək Quliyev Konfrans Liqasının oyununda
İspaniya millisinin sabiq üzvü Messinin komanda yoldaşı oldu
Taliska başladı, Asensio bitirdi - Video
“Old Trafford”da 8 qol vuruldu
Turun son qalibi “Roma” oldu
Azərbaycanın 4 boksçusu Avropa çempionatının finalında
“Fənərbaxça” “Konyaspor”u darmadağın etdi
“Sumqayıt” 7 dəqiqədə 2 qol vurdu - Video
Zədəli Çalhanoğlu komandası üçün meydana çıxacaq
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı
Kukurelya La Liqaya qayıda bilər