Syominin dönüşü uğurlu oldu

Syominin dönüşü uğurlu oldu
XƏBƏR 2 Avqust 2014 / 21:45 3961
-  A +

“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin dörd illik fasilədən sonra bu gün Rusiya Premyer Liqasında ilk oyununa çıxıb.

Qol.Az-ın xəbərinə görə, onun rəhbərlik etdiyi “Mordoviya” çempionatın birinci turunda səfərdə “Ural”la qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Y.Syomin son dəfə 2010-cu ildə “Lokomotiv”lə birgə Rusiya çempionatının iştirakçısı olub. Bundan sonra o, ayrı-ayrı vaxtlarda Kiyev “Dinamo”su və “Qəbələ”ni çalışdırıb.


Son xəbərlər