"Sevilya"nın "Real"ı məğlub edəcəyi ilə bağlı mərcə girdim"

"Sevilya"nın "Real"ı məğlub edəcəyi ilə bağlı mərcə girdim"
XƏBƏR 2 Avqust 2014 / 16:49 4528
-  A +

"Barseona"nın yeni transferi İvan Rakitiç UEFA superkuboku çərçivəsində keçiriləcək "Real" (Madrid) - "Sevilya" oyunu haqda danışıb.
 
Qol.Az-ın məlumatına görə, xorvatiyalı futbolçu "AS" qəzetinə açıqlamasında həlledici görüşdə sabiq komandası - "Sevilya"nın qalib gələcəyinə inandığını bildirib:

"Sevilya"nın qələbəsinə mərc etdim. Məncə, sabiq komandam "Real"ı məğlub edə bilər. Final matçına mən də dəvət olunmuşam".

Komanda yoldaşları Messi və Neymar haqda danışan Rakitiç bunları bildirib: "Messi illərdir dünyanın ən yaxşısıdır. Allah ona xüsusi istedad verib. Onu fərqli edən bir şeylər var. Neymar çox gənc və istedadlıdır. Onu ölkəsində çox sevirlər".

Qeyd edək ki, "Real" - "Sevilya" oyunu avqustun 12-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Son xəbərlər