"PSJ-nin rəhbəri İbrahimoviç yox, mənəm"

"PSJ-nin rəhbəri İbrahimoviç yox, mənəm"
XƏBƏR 2 Avqust 2014 / 16:12 3512
-  A +

PSJ klubunun baş məşqçisi Loran Blan maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, "goal.com"a danışan fransalı mütəxəssis komandasında əsas fiqurun Zlatan İbrahimoviçin olması fikri ilə razılaşmayıb:

"PSJ-də rəhbər şəxs İbrahimoviçdir? Bu, mənim və klubun direktoru üçün təhqirdir. Əgər İbrahimoviç PSJ-də əsas fiqur olsaydı, o zaman komandada hər şeyə məhz futbolçu cavab verərdi. Bu fikirlə razılaşmaq ağılsızlıq olar".


Son xəbərlər