Arsen Venger Cerardın cavabını verdi

Arsen Venger Cerardın cavabını verdi
XƏBƏR 2 Avqust 2014 / 11:47 3836
-  A +

"Arsenal" klubunun baş məşqçisi Arsen Venger "Liverpul"un kapitanı Stiven Cerardın cavabını verib.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, fransız mütəxəssis Cerardın "Suares "Arsenal" üçün çox yaxşı futbolçudur" fikirlərinə belə münasibət bildirib:

"Heç kimin "Arsenal" üçün yaxşı olmadığını Cerard gözəl bilir. Məncə, Cerard Suaresin "Liverpul"da qalmasını istəyirdi, ona görə belə deyib. Ancaq olmadı, Suares "Barselona"ya getdi".

Qeyd edək ki, ötən mövsüm "Arsenal" Suares üçün 50 milyon avro təklif etsə də, müəyyən səbəblərdən bu transfer baş tutmamışdı.


Son xəbərlər