“Biz səfərə qələbə üçün yollanmışdıq. Ancaq qapımızdan buraxdığımız erkən qol planlarımı pozdu”.
Qol.Az-ın məlumatına görə, bu sözləri Avstriyanın “Zalsburq” klubunun futbolçusu Andreas Ulmer Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunu (1:2) haqda danışarkən deyib.
Ölkəsinin mətbuatına açıqlama verən avstriyalı müdafiəçi “Qarabağ” haqda xoş sözlər deməklə yanaşı mərhələni keçəcəklərinə inadığını bildirib: “Qarabağ”ın oyununu analiz etmişdik. Bilirdik ki, komanda texnikalı və sürətli futbolçulara malikdir. Düzü, “Qarabağ”dan belə oyun gözləmirdik. Onlar fikirləşdiyimizdən də yaxşı çıxış etdilər. Ancaq bizim bir çox epizodlarda bəxtimiz gətirmədi. Əslində hesab oyuna görə olmadı. Qalib gələ bilərdik. Mərhələnin taleyini növbəti oyunda həll etməliyik. Cavab qarşılaşmasında istədiyimiz oyunu nümayiş etdirəcəyik. Mərhələni keçmək şansı bizdə daha çoxdur”.
Xatırladaq ki, komandalar arasında cavab qarşılaşması avqustun 6-da Avtriyada keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
"Barselona"dan "Bayer"ə
ETOPAZ-dan böyük sürpriz
Türkiyə Çexiyaya qarşı
UEFA Erikseni seçdi
"Sumqayıt"ın hazırlıq planı müəyyənləşdi
Fransa - Polşa oyununun ən yaxşısı odur
Sabitzer ən yaxşı oldu
Güləşçilərimizdən 1 gümüş, 3 bürünc medal
"Roma" De Rossi ilə müqaviləni uzatdı
"Zirə" Rumıniya klubuna qalib gəldi
Messi azarkeşlərini torta qonaq etdi
Dünyanın ən yaşlı futbolçusu klubunu dəyişdi
Ukraynaya qarşı oynamayacaq
PSJ-dən Kvaratsxeliyaya 5 illik müqavilə
Neymar Vinisiusu ən çirkin futbolçu adlandırdı
"Turan Tovuz" Rusiya millisinin sabiq üzvünü transfer etdi
Almaniya millisinin ağcaqanad problemi
"Qəbələ"də yeni məşqçi təyinatı
AFFA iki komandaya texniki məğlubiyyət verib
İlk depozitdə 100 faiz Free Bet qazanmaq şansını qaçırma!