"Atletiko" "Zenit"in futbolçusunu transfer etdi

"Atletiko" "Zenit"in futbolçusunu transfer etdi
XƏBƏR 1 Avqust 2014 / 18:58 5744
-  A +

Felipe Luisi "Çelsi"yə satan "Atletiko" (Madrid) klubu bu futbolçuya əvəzləyici tapıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi "Zenit"in sol cinah müdafiəçisi Kristian Ansaldini heyətinə qatıb.

Tibbi müayinədən keçən 27 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb. Klubun idman direktoru Joze Luis Perez Kaminero yeni transferlə bağlı bunları deyib: "Ansaldi gücümüzə güc qatacaq bir futbolçudur. Yaxşı bir transfer etdik. Çox məmnunuq".

Qeyd edək ki, ötən mövsüm "Rubin"dən "Zenit"ə transfer olan argentinalı futbolçu keçirdiyi 9 oyunda cəmi bir dəfə rəqib qapısına yol tapıb.


Son xəbərlər