"Atletiko" "Çelsi"nin futbolçusunu istəyir

"Atletiko" "Çelsi"nin futbolçusunu istəyir
XƏBƏR 1 Avqust 2014 / 17:43 3702
-  A +

"Çelsi" klubunun futbolçusu Andre Şürrle karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, almaniyalı futbolçu ilə "Atletiko" (Madrid) klubu yaxından maraqlanır.

Hücumameyilli cinah futbolçusu olan Şürrlenin Dieqo Kostanın "Çelsi"yə transferindən sonra komandadan ayrılmaq istədiyi bildirilir. Tərəflər arasında razılıq əldə olunarsa, 23 yaşlı futbolçu yeni mövsümdən "Land of Fire Azerbaijan" formasını geyinəcək.

Qeyd edək ki, "Atletiko" daha öncə Mario Mandzukiç və Anton Qrizmanı transfer edib.

Daha çox


Son xəbərlər