Yığmamızın Bakıda və Lissabonda təlim-məşq toplanışı olacaq

Yığmamızın Bakıda və Lissabonda təlim-məşq toplanışı olacaq
XƏBƏR 1 Avqust 2014 / 17:02 1888
-  A +

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının avqustun 18-dən 20-ə qədər və avqustun 30-dan sentyabrın 3-dək Bakı şəhərində təlim-məşq toplanışı keçiriləcək.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, toplanışın son günü yığmamız "Dalğa Arena"da Avropa çempionatının seçmə oyununda İsrail komandası ilə qarşılaşacaq.

Sentyabrın 4-dən 9-dək isə U-21 Lissabon şəhərində toplanışda olacaq və sentyabrın 9-da “Rio Maior” stadionunda AÇ-nın seçmə mərhələsi çərçivəsində Portuqaliya yığması ilə üz-üzə gələcək.

Yığmamızın üzvləri toplanışa 29, 30 və 31 avqust tarixlərində Azərbaycan Premyer Liqasında keçirəcəkləri oyundan sonra cəlb ediləcəklər.

.

Son xəbərlər