"Qəbələ" "Qaradağ-Lökbatan"la qarşılaşacaq

"Qəbələ" "Qaradağ-Lökbatan"la qarşılaşacaq
XƏBƏR 1 Avqust 2014 / 15:32 1738
-  A +

Hollandiya toplanışının ardından paytaxtda bir araya gələn "Qəbələ" "Bakı" klubunun təlim-məşq bazasında növbəti mövsümün hazırlıqlarını davam etdirir. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Premyer Liqanın startı öncəsi yoxlama matçında qüvvəsini sınayacaq.
 
Sabah keçirilməsi planlaşdırılan qarşılaşmada "qırmızı-qaralar" I divizion təmsilçisi "Qaradağ-Lökbatan"la üz-üzə gələcək. Matç "Bakı" klubunun təlim-məşq bazasında saat 18:00-da start götürəcək.

Komanda Bakıda son məşqinə bu gün saat 19:00-da çıxacaq. "Qırmızı-qaralar" avqustun 3-də Qəbələyə yollanacaqlar.

Son xəbərlər