"Real"dan Raul Qonzalesə yeni təklif

"Real"dan Raul Qonzalesə yeni təklif
XƏBƏR 1 Avqust 2014 / 13:57 4638
-  A +

"Real" (Madrid) klubunun canlı əfsanəsi Raul Qonzales yenidən komandaya qayıda bilər.

Qol.Az-ın "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi ispaniyalı futbolçuya idman direktoru vəzifəsini təklif edib.

"Real"ın idman direktoru vəzifəsində çalışan Miqel Pardesa ötən ayın sonlarında komandadan ayrılıb. Hazırda Qətərin "Əl Sədd" klubunda forma geyinən Raulun bu təklifi necə qarşılayacağı maraqla gözlənilir.

Qeyd edək ki, 1997-2010-cu illərdə "Real"ın şərəfini qoruyan 37 yaşlı futbolçu keçirdiyi 741 oyunda 323 dəfə rəqib qapılarına yol tapıb.


Son xəbərlər