Türkiyənin məşhur saytları yenə “Qarabağ”dan yazdılar

Türkiyənin məşhur saytları yenə “Qarabağ”dan yazdılar
XƏBƏR 1 Avqust 2014 / 13:23 6766
-  A +

Türkiyənin nüfuzlu portalları Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Avtriyanın “Zalsburq” klubuna 2:1 hesabı ilə qalib gələn “Qarabağ”la bağlı yeni yazı dərc ediblər.

Qol.Az-ın xəbərinə görə, qardaş ölkədə bir çox sayt UEFA-nın “Qarabağ” haqdakı “Qarabağ” kimdir” başlıqlı yazısının ingiliscədən türkcəyə tərcümə edərək yayımlayıblar.

Həmin yazını işıqlandıranlar sırasında “Anadolu” agentliyi, bir çox məşhur telelayihələrin müəllifi Acun Ilıcalının rəhbəri olduğu acunn.com, ligtv.com.tr saytları, eləcə də məşhur goal.com saytının türkcə bölməsi də olub.


Son xəbərlər