Ronaldo "Mançester Yunayted"ə qarşı oynamayacaq?

Ronaldo "Mançester Yunayted"ə qarşı oynamayacaq?
XƏBƏR 1 Avqust 2014 / 13:14 3748
-  A +

ABŞ-da təlim-məşq toplanışında olan "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo sabiq komandası "Mançester Yunayted"lə keçiriləcək yoxlama matçında oynamaya bilər.

Qol.Az-ın "A Bola"ya istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçunun dizindəki zədədən sonra optimal forma yığmadığı bildirilir.

"DÇ-2014"dən sonra istirahətə yollanan Ronaldo fərdi proqram üzrə məşq edir. Təcrübəli futbolçunun sabah "Mançester Yunayted"lə keçiriləcək yoxlama matçında iştirak etməyəcəyi ehtimal olunur.

Qeyd edək ki, "Real"ın baş məşqçisi Karlo Ançelotti daha öncə verdiyi açıqlamasında Ronaldonun ingilis təmsilçisi ilə matçda oynayacağına ümidvar olduğunu bildirib.


Son xəbərlər