"Neftçi" hücumçu alır

"Neftçi" hücumçu alır
XƏBƏR 1 Avqust 2014 / 00:34 6832
-  A +

"Neftçi" klubu Avropa Liqasının III təsnifat mərhələsində "Çixura" (Gürcüstan) səddini keçəcəyi təqdirdə bir hücumçu transfer edəcək.

Qol.Az-ın məlumatına görə, bu barədə klubun baş məşqçisi Böyükağa Hacıyev "Çixura" ilə ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, komandası Avroliqanın "pley-off" mərhələsinə vəsiqə qazanarsa, heyəti bir hücumçu ilə gücləndirəcəklər.

Qeyd edək ki, Bakıda "Çixura" ilə 0:0 bərabərə qalan "Neftçi" avqustun 7-də Gürcüstanda cavab matçına çıxacaq. Həmin matçın start fiti Bakı vaxtı ilə 22:00-da veriləcək.


Son xəbərlər