Fernando Torres "Atletiko"ya qayıdır?

Fernando Torres "Atletiko"ya qayıdır?
XƏBƏR 1 Avqust 2014 / 00:01 2991
-  A +

"Çelsi" klubunun hücumçusu Fernando Torres komandadan ayrıla bilər.

Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu ilə sabiq komandası "Atletiko" (Madrid) və "Monako" klubları yaxından maraqlanır.

Fransa təmsilçisi 30 yaşlı futbolçunun transferi üçün qarşı tərəfə 20 milyon avro ödəməyə hazırdır. Lakin "Çelsi" rəhbərliyi hələlik bu təklifə münasibət bildirməyib. Torresin yeni mövsümdən "Atletiko"da oynayacağı istisna edilmir.

Qeyd edək ki, 2001-2007-ci illərdə "Atletiko" (Madrid) klubunda çıxış edən Torres daha sonra "Liverpul"a transfer olunmuşdu.


Son xəbərlər