Böyükağa Hacıyev: "Gürcüstanda oynamaq daha asan olacaq"

Böyükağa Hacıyev: "Gürcüstanda oynamaq daha asan olacaq"
ÖLKƏ FUTBOLU 31 İyul 2014 / 23:20 6432
-  A +

“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının III təsnifat mərhələsinin “Çixura” ilə ilk oyunundan (0:0) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- “Çixura” sırf qapalı futbol oynadı. O komandaları alqışlayıram ki, açıq futbol oynasınlar. Ancaq “Çixura” bu taktikanı seçdi. Gələn oyunda “Çixura” qol vurmaq xətrinə açıq futbol oynayacaq. Hər halda ayın 7-nə qədər gözləməliyik.

- Bruno Bertuççi bu oyunda hansı mövqedə oynayırdı?

- Gördünüz ki, üç müdafiəçi ilə oynayırdıq. Bu gün Bertuççi çox çalışdı. O, hərtəfəli futbolçudur. Fikirləşirdim ki, Bertuççi uzaqdan yaxşı zərbələr vurar. Bu oyunda uzaqdan zərbələrdən çox istifadə etməliydik.

- "Neftçi"nin Kaue, Vobay, Nfor kimi vecsiz futbolçuların ümidinə qalmasında kim günahkardır?

- Vobay icarədən qayıdıb. Bu gün Nforun oyunundan mən də razı qalmadım. Hücumçu qol vura bilmirsə, deməli o, hücumçu deyil. Ola bilsin ki, yaxın günlərdə yeni hücumçu aldıq. Kaue isə həm müdafiədə, həm də hücumda oynayır. Qeyd etdiyiniz məsələdə nə mənim günahım var, nə də klubun. Mən heç bir transfer siyasətinə qarşımıram. Təəssüflər olsun ki, Nfor bu gün istənilən oyunu göstərimir.

- “Çixura”“Bursaspor”la 0:0 oynamışdı. Şenol Günəşdən “Çixura” ilə bağlı hər hansı məlumat almışdınız?

- Xeyr. Mən onların oyununu “Bursaspor”la qarşılaşmadan analiz etmişdim. Cavab görüşündə “Çixura”nı bir qədər irəli çəkməliyik. Bunun üçün biz Gürcüstana başqa taktika ilə gedəcəyik. Ancaq tez-tez taktika dəyişməyin də tərəfdarı deyiləm.

- Hansı taktiki dəyişiklik olacaq?

- Bu gün 3-6-1 sxemi ilə oynadıq. Təəssüflər olsun ki, Vobay topu özündə çox saxlayırdı. Flavinyo isə geri çox çəkildi. Növbəti oyunda biz daha çox müdafiəçiləri hücuma qoşacağıq. Mən taktikanı dəyişmirəm, stili dəyişirəm. Heç kim deməsin ki, mən hər dəfə bir taktika ilə oynayıram.

- Oyundan əvvəl rəqibin baş məşqçisi demişdi ki, heç-heçə üçün gəlmişik...

- Elə insanlar var ki, bir gün üçün sevinir. Cavab oyununa az qalıb. Bir həftəyə hər şeyə aydınlıq gələcək. “Koper” “Çixura”dan güclüdür. Məncə, Gürcüstanda oynamaq bundan qat-qat asan olacaq.

- Qeyd edirsiniz ki, “Çixura” müdafiədən oynadı. Bəs niyə bu gün “Neftçin”in ən yaxşısı müdafiəçi Karlos Kardozo idi?

- Sadəcə bu gün Kardozonun işi çox oldu. Bunu “Çixura”nın hücumları yox, oyun qurluşu tələb edirdi.

- Sizə elə gəlmir ki, oyun taktikadan çox fərdi ustalıq üzərində qurlumuşdu?

- Hər bir futbolçu oyunu öz üzərinə götürməlidir. Fərdi oyun bizdə var idi. Anvaq ümumilikdə komanda oyuyunu sərgilədik.

- Ola bilərmi gələn oyunda Ruslan Qurbanov start heyət olsun?

- Hər şey ola bilər.

- Araz Abdullayevin oyunundan razı qaldınız?

- Futbolçu insandı, robot deyil. Hər bir futbolçuya psixoloji cəhətdən yanaşıram. Əgər mən məşqçisiyəmsə, Arazın oyununu yaxşılaşdrmalıyam. Unutmayın ki, Araz Azərbaycanın ən yaxşı yarımmüdafiəçisidir.

- Həmişə iddialı açıqlamalarla gündəmdə olmusunuz. Cavab oyununu faiz nisbəti ilə necə dəyərləndirirsiniz?

- Yüz faiz desəm, yalan olar. Yüz yetmiş faiz inanıram. Mən həmişə özümə güvənmişəm.

- Artıq avrokuboklarda səkkiz oyundur ki, ev oyununda qalib gələ bilmirsiniz?

- Sənə nə lazımdır. Niyə demirsən ki, ardıcıl Azərbaycan çempionu olmusan, Avropada sözünü demisən. Çaışaram ki, uğursuz seriyanı qırım.
 
- Siz bilərsiniz, Şenol Günəş Bakıya niyə gəlmişdi?

- Mən hardan bilim, niyə gəlib? Ola bilər siz onu görmüsünüz. Ancaq mən onu görməmişəm. Yəqin gəlib ki, görsün “Çixura” öz oyun taktikasına sadiq qalır, yoxsa yox.

Daha çox


Son xəbərlər