"Çixura"nın baş məşqçisi: "Neftçi"dən zəif olmadığımızı sübut etdik"

"Çixura"nın baş məşqçisi: "Neftçi"dən zəif olmadığımızı sübut etdik"
ÖLKƏ FUTBOLU 31 İyul 2014 / 22:23 4901
-  A +

"Gözlədiyimiz kimi çox çətin və gərgin oyun keçdi. “Neftçi” bir çox titullara malik komandadır. Rəqibə hörmətlə yanaşırıq. Təcrübəli futbolçulara yaxşı baş məşqçiyə malikdirlər. Uğur bizim tərəfimizdə oldu. Ancaq biz də bir çox qol imkanları yaratdıq. Cavab oyunu çox gərgin keçəcək".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri “Çixura “ klubunun baş məşqçisi Samson Pruidze Avropa Liqasının III təsnifat mərhələsinin “Neftçi” ilə ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Gürcü mütəxəssis komandasının "Neftçi"dən zəif komanda olmadığını sübut etdiklərini bildirib: "Biz sübut etdik ki, “Neftçi”dən zəif komanda deyilik. Gürcüstandan gələn azarkeşlərə təşəkkür edirəm. Onlar böyük yol qət edib gəliblər. Eyni zamanda “Neftçi” azarkeşləri də məni heyran etdi. Düzdür, biz “Neftçi” ilə müqayisə oluna bilmərik. Ancaq çalışacağıq ki, gələn oyunda mərhələ adlamaq üçün hər şey edək. Azərbaycan bizə qonşu ölkədir. Çalışacağıq ki, Gürcüstanda da “Neftçi”ni yaxşı qarşılaşayaq".
 
Pruidze "Bursaspor"la cavab oyununda (0:0) baş verən xoşagəlməz hadisələrə də münasibət bildirib: "Azarkeşlərimizin etdiyi hörmətsizliyə görə üzrxahlıq edirəm. Siz bizim yaxın qonşumuzsunuz. Bizim qədim dostluq münasibətlərimiz var. Gürcüstan milləti çox qonaqpərvərdir. Sadəcə “Bursaspor”la oyunda rəqibin baş məşqçisi bizi buna vadar etdi. Biz Bursada olanda türk azarkeşlər də bizə hörmətsizlik etdilər. Hətta oyundan əvvəl bizə məşq etmək üçün köhnə top vermişdilər. Sizin hamınızı Gürcüstana dəvət edirəm. Xoş gəlirsiniz".

Daha çox


Son xəbərlər