Edinson Kavani qərarını verdi

Edinson Kavani qərarını verdi
XƏBƏR 31 İyul 2014 / 17:20 4748
-  A +

Adı "Mançester Yunayted"lə hallanan PSJ-n futbolçusu Edinson Kavani komandasından ayrılmaq fikrində olmadğını bildirib.

Qol.Az-ın məlumatına görə, uruqvaylı hücumçu "L’Equipe"yə açıqlamasında deyib ki,  PSJ-dən getmək üçün heç bir səbəb yoxdur:

"Dəqiq qərarım budur ki, PSJ-də qalıram. Qətiyyən komandamdan ayrılmaq fikrim yoxdur. Niyə ayrılmalıyam? Parisdə özümü çox yaxşı hiss edirəm. PSJ ilə olan müqaviləmə hörmətlə yanaşıram."

Qeyd edək ki, Kavani 2013-cü ildə "Napoli"dən PSJ-yə transfer olunub.

Daha çox


Son xəbərlər