"Monako"dan "Şaxtyor"a 65 milyon avro

"Monako"dan "Şaxtyor"a 65 milyon avro
XƏBƏR 31 İyul 2014 / 13:51 4476
-  A +

Xames Rodriqesi 80 milyon avro qarşılığında Madrid "Real"ına satan "Monako" klubu heyətini gücləndirmək niyyətindədir.

Qol.Az-ın "L’Equipe"yə istinadən verdiyi məlumata görə, Fransa təmsilçisi "Şaxtyor" (Donetsk, Ukrayna) klubunun iki futbolçusunu - Duqlas Kosta və Aleks Teyxeyranı transfer etməyi planlaşdırır.

"Monako" hər iki futbolçu üçün 65 milyon avro xərcləməyə hazırdır. Ukraynada münaqişəli vəziyyətin olması səbəbindən hər iki futbolçunun "Şaxtyor"dan ayrılmaq istədiyi bildirilir.


Dünya Çempionatı 2026
Son xəbərlər
15.07.26  15:24

Mönye bu kluba keçdi

topaz banner