"Sübut etdik ki, "Qarabağ" istənilən komandaya qalib gələ bilər"

"Sübut etdik ki, "Qarabağ" istənilən komandaya qalib gələ bilər"
ÖLKƏ FUTBOLU 31 İyul 2014 / 12:17 4983
-  A +

"Oyun gözlədiyimiz kimi ağır keçdi. Bununla belə qələbə qazanmağı bacardıq. Ancaq bu, hələ ilk oyundur. İndi yalnız cavab matçını düşünməliyik".

Qol.Az saytına açıqlamasında bu sözləri "Qarabağ" klubunun futbolçusu Vüqar Nadirov Çempionlar Liqasının III təsnifat mərhələsinin "Zalsburq"a qarşı keçirdikləri ilk oyun (2:1) haqda danışarkən deyib. 

Millimizin üzvü komandası haqda xoş sözlər deməklə yanaşı cavab qarşılaşmasının onlar üçün daha ağır olacağını da vurğulayıb: "Avstriyadan da yaxşı nəticə ilə qayıdacağımıza ümid edirəm. Çünki bizim yaxşı komandamız var. Bu gün sübut etdik ki, istənilən komandaya qalib gələ bilərik. Onu da bilirik ki, səfərdə bizə daha çətin olacaq. Qətiyyən arxayınlaşmaq olmaz. Bizim üçün 2:1 hesablı qələbə hələ heç nə demək deyil".


Daha çox


Son xəbərlər