Əli Gökdəmir rəsmən "Simurq"da

Əli Gökdəmir rəsmən "Simurq"da
XƏBƏR 30 İyul 2014 / 15:08 3412
-  A +

Milli komandamızın üzvü Əli Gökdəmir karyerasını "Simurq"da davam etdirəcək.

Bu barədə Qol.Az saytına klubunun icraçı direktoru Vaqif Əliyev məlumat verib.

O, bildirib ki, türk əsilli futbolçu ilə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2010-cu ildən Almaniyanın "Hannover" klubunun şərəfini qoruyan 23 yaşlı müdafiəçi son olaraq Türkiyənin "Elazığspor" klubunda icarə əsasında çıxış edib.

Daha çox


Son xəbərlər
topaz banner