Xedira "Real"ı "Bavariya"ya dəyişə bilər

Xedira "Real"ı "Bavariya"ya dəyişə bilər
XƏBƏR 30 İyul 2014 / 13:35 2994
-  A +

"Arsenal" klubuna transfer olunacağı gözlənilən Madrid "Real"ının yarımmüdafiəçisi Sami Xedira Almaniyadan təklif alıb.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, "Bavariya" klubu almaniyalı futbolçunu heyətinə cəlb etməyi planlaşdırır.

"Arsenal"la maliyyə məsələsində razılığa gələ bilməyən 27 yaşlı futbolçunun "Real"dan ayrılmaq istədiyi iddia olunur. Yüksək maaş təklif edəcəyi təqdirdə Xediranın "Bavariya"ya transfer olunacağı bildirilir.

Qeyd edək ki, Xedira 2010-cu ildə "Ştuttqart"dan "Real"a transfer olunub.

Daha çox


Son xəbərlər
topaz banner