Karlos Tevezin atası girov götürüldü

Karlos Tevezin atası girov götürüldü
XƏBƏR 30 İyul 2014 / 01:14 3247
-  A +

Argentina millisi və “Yuventus”un hücumçusu Karlos Tevez gözlənilməz hadisə ilə üzləşib.  Futbolçunun atası quldur dəstə tərəfindən girov götürülüb.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, ötən gün səhər saatlarında naməlum şəxs Tevezin atası Xuan Alberto Kabralı öz evindən qaçırıb. Argentina polisi də xəbəri təsdiqləyib. Quldur dəstə Kabralın müqabilində onun  ailəsindən milyonlarla dollar istəyib.

Argentina qəzetlərinin yaydığı xəbərdə isə Kabralın artıq azadlığa buraxıldığı qeyd olunub.   

Karlos Tevezin atasının qaçırılması xəbərini eşidəndən dərhal sonra Argentinaya yollandığı bildirilir.

Dünya Çempionatı 2026
Son xəbərlər
15.07.26  15:24

Mönye bu kluba keçdi

topaz banner