Van Qal: "Mourinyo dostumdur, onunla mübahisə etməyəcəm"

Van Qal: "Mourinyo dostumdur, onunla mübahisə etməyəcəm"
XƏBƏR 29 İyul 2014 / 16:38 2904
-  A +

"Mançester Yunayted"in baş məşqçisi Lui van Qal "Çelsi"dəki həmkarı Joze Mourinyo ilə haqda danışıb.

Qol.Az-ın məlumatına görə, hollandiyalı mütəxəssis Britaniya mətbuatına açıqlamasında Mourinyo ilə dost olduğunu bildirib:

"Mourinyo ilə mübahisə edəcəyimizi düşünmürəm. O, mənim dostumdur. Eyni zamanda digər həmkarlarımla da problemin olması mümkünsüzdür. Hamısına hörmətlə yanaşıram. "Ağıl oyunu"nda maraqlı deyiləm. Bütün diqqətimi işimə yönəltmişəm".

Qeyd edək ki, Mourinyo bir müddət öncə "Mançester Yunayted"in "Sauthempton"dan transfer etdiyi 19 yaşlı Lyuk Şouya yüksək məbləğdə (27 milyon funt-sterlinq) pul ödənilməsini tənqid etmişdi.

Daha çox


Son xəbərlər
topaz banner