Böyükağa Hacıyevin mətbuat konfransının vaxtı müəyyənləşdi

Böyükağa Hacıyevin mətbuat konfransının vaxtı müəyyənləşdi
XƏBƏR 29 İyul 2014 / 15:50 2185
-  A +

Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Çixura” oyunu öncəsi keçiriləcək mətbuat konfranslarının  vaxtı müəyyənləşib.

Qol.Az-ın klubun rəsmiq saytına istinadən yaydığı xəbərə görə, 8-ci kilometr qəsəbə stadionunda saat 17:30-da “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev media nümayənlərinin önünə çıxacaq. Bundan yarım saat sonra isə komandamızın açıq məşqi olacaq.

“Çixuranın” baş məşqçisi Samson Pruidzenin mətbuat konfransı isə saat 18:30-da başlayacaq. Qonaq komanda açıq məşqə saat  19:30-da çıxacaq.

Xatırladaq ki, “Neftçi” – “Çixura” matçı iyulun 31-də saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner