"Neftçi"yə dəstək olaq!

"Neftçi"yə dəstək olaq!
XƏBƏR 29 İyul 2014 / 13:51 2183
-  A +

İyulun 31-də Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Neftçi” Bakıda Gürcüstanın “Çixura” komandası ilə qarşılaşacaq.

Güclü rəqiblə bu oyunda komandamızın azarkeş dəstəyinə ehtiyacı var. “Neftçi” azarkeşlərə müraciət edərək onları bu görüşdə komandaya sonadək dəstək olmağa çağırıb. “Azarkeşlərimizin dəstəyi ilə mərhələni adlayacağımıza inanırıq” – deyə klubdan bildirilib.

Qeyd edək ki, “Neftçi” – “Çixura” oyunu iyulun 31-i, saat 20.00-da 8-ci kilometr qəsəbəsindəki stadionunda başlayacaq. Artıq matçın biletləri satışa çıxarılıb. Biletləri stadionun kassalarından almaq mümkündür.

Daha çox


Son xəbərlər