"Yuventus"un prezidenti: "Son qərarı Vidal verəcək"

"Yuventus"un prezidenti: "Son qərarı Vidal verəcək"
XƏBƏR 29 İyul 2014 / 03:42 3257
-  A +

"Yuventus" klubunu prezidenti Cüzeppe Marotta komandanın aparıcı futbolçusu Arturo Vidalın "Mançester Yunayted"ə transfer olunacağı iddialarına cavab verib.

Qol.Az-ın məlumatına görə, "Sky İtalia"ya danışan Marotta Vidalı satmaq istəmədiklərini, ancaq son qərarı futbolçunun özünün verəcəyini bildirib:

"Vidalla bir neçə ay öncə müqavilə yenilədik. Çünki o, komandanın aparıcı futbolçularından biridir. Qərarımız qətidir. Onu satmağı düşünmürük. Lakin son qərarı Vidal verəcək".

Qeyd edək ki, "Mançester Yunayted" klubu Vidal üçün "Yuventus"a 54 milyon avro təklif edib. Çili millisinin üzvünün hansı qərarı verəcəyi maraqla gözlənilir.  

Daha çox


Son xəbərlər
topaz banner