Belçikalı futbolçudan "Barselona" açıqlaması

Belçikalı futbolçudan "Barselona" açıqlaması
XƏBƏR 29 İyul 2014 / 01:38 4269
-  A +

"Tottenhem" klubunun müdafiəçisi Yan Vertonqen "Barselona"ya transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, Britaniya mətbuatına danışan belçikalı futbolçu "Tottenhem"də qalacağını bildirib:

"Od olmayan yerdən tüstü çıxmaz deyərlər. Ancaq hazırda mənim üçün od yoxdur. Komandamla 4 illik müqaviləm var. Rəhbərlik bu müddəti bir il daha uzatmaq istəyir. Mən də bu təklifi məmnuniyyətlə qarşıladım".

Qeyd edək ki, 27 yaşlı futbolçu 2012-ci ildən "Tottenhem"in şərəfini qoruyur.


Dünya Çempionatı 2026
Son xəbərlər
15.07.26  15:24

Mönye bu kluba keçdi

topaz banner